Azərbaycan millisinin taekvondoçusu: “Mundial Bakıda keçiriləcəyindən, 1:0 öndə olacağıq”

Azərbaycan millisinin taekvondoçusu: “Mundial Bakıda keçiriləcəyindən, 1:0 öndə olacağıq”

“Mundial Bakıda keçiriləcəyindən, rəqiblərlə müqayisədə 1:0 öndə olacağıq”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin taekvondoçusu Səyyad Dadaşov dünya çempionatının Bakıda təşkil olunmasına münasibət bildirərkən deyib.

54 kq çəki dərəcəsində çıxış edən idmançı hədəfinin qızıl medal qazanmaq olduğunu bildirib: “Hazırlıq istədiyimiz kimi gedir, hər şey yaxşıdır. Artıq bir neçə gün vaxt qalıb. Turnirin arzuladığımız kimi keçməsi üçün əlimizdən gələni edəcəyik. Hədəf çempion olaraq bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirməkdir”.

Gənc taekvondoçu yarışın Azərbaycanda keçirilməsinin onlara əlavə üstünlük yaratdığını etiraf edib: “Mundialın burada təşkilinin müsbət məqamları çoxdur. Doğma Vətəndə yarışacağıq, tamaşaçı dəstəyimiz daha çox olacaq. Əlbəttə ki, təzyiq də olacaq. Bunu lehimizə çevirmək öz əlimizdədir”.

2022-ci ildə gənclər arasında Avropa çempionu olan Səyyad Dadaşov dünya çempionatında da bu uğuru təkrarlamaq arzusundadır: “Rəqibləri izləyirəm, təhlil edirəm. Mənim məqsədim dünya çempionu olmaqdır. Gənclər arasında Avropa çempionluğum var, amma dünya çempionatında mükafat qazanmamışam. Düşünürəm ki, mundialda bu baxımdan “siftə” etmək üçün əlimə böyük fürsət düşüb. Turnirin həm də olimpiadaya lisenziya xalı verməsi əlavə motivasiyadır”.

O, millinin liderləri olan Radik İsayev və Milad Beiqi Harçeqaninin karyeralarını bitirmələrinin komandaya mümkün təsirindən də danışıb: “Radik İsayev, Milad Beiqi Harçeqani kimi aparıcı simalar artıq millidə deyillər. İnanıram ki, gənc taekvondoçular onların boşluğunu dolduracaqlar”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Fərdi
Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək