Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

"Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı".

"Report"un xəbərinə görə, bunu Çexiyanın paytaxtı Praqada keçirilmiş qadın şahmatçılar arasında şəxsi Avropa çempionatının gümüş medalçısı Günay Məmmədzadə jurnalistlərə açıqlamasında deyib.

22 yaşlı şahmatçı tarixi uğur zamanı qızıl medala çox yaxın olduğunu bildirib: "20-31 avqustda Çexiyanın Praqa şəhərində keçirilmiş qadın şahmatçıların şəxsi Avropa çempionatında iştirak etdik. Əlbəttə, medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım. 44-cü Şahmat Olimpiadasından sonra digər komanda yoldaşlarımdan da nəticə gözlənilirdi. Məndən başqa, Ülviyyə Fətəliyeva da 3-cü yerə çıxdı. Yarış çox yaxşı keçdi. Qalibdən 0,5 xal geri qaldım. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam".

O, çətin görüşünün polşalı Avropa çempionu, özündən 22 yaş böyük olan Monika Soçko ilə olduğunu qeyd edib: "Qalib olan Monika Soçko ilə partiya mənim üçün çətin oldu. Həmin görüşdə uduzdum. Bundan sonra özümə gəlməli idim. Çünki ardıcıl iki erməni şahmatçısı Mariya Qevorqyan və Elina Danielyanla qarşılaşırdım. Mariya üzərində qələbəm gümüş medalı qazanmağımda rol oynadı".

Şahmatçı bildirib ki, bu uğurla Dünya Kubokuna vəsiqə qazanıb: "Hər bir uğur özü ilə böyük motivasiya gətirir. Avropa çempionatındakı nəticəm həm də Dünya Kubokuna lisenziya qazandırıb. Əsas məqsədim orada da yer tutub İddiaçılar Turnirinə, daha sonra dünya çempionluğu uğrunda mübarizəyə vəsiqə əldə etməkdir".

Məmmədzadə növbəti yarışları barədə də danışıb: "Növbəti yarışım bu ay Şuşada keçiriləcək beynəlxalq şahmat turniri olacaq. Bu yarışda iştirak etmək çox həyəcanverici, inanılmaz hissdir. İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur. 2-10 oktyabrda isə Avstriyanın Mayrhofen şəhərində klublararası Avropa çempionatı keçiriləcək. İnanıram ki, oradan da qələbə ilə Vətənə geri dönəcəyik".

Fərdi
Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Fərdi
Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışıb

Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışıb

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Fərdi
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Fərdi
Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"