Çempionlar Liqasında qeydə alınan rekordlar: Ançelotti Ferqyusona çatıb, “Mançester Siti” seriyanı davam etdirib

Çempionlar Liqasında qeydə alınan rekordlar: Ançelotti Ferqyusona çatıb, “Mançester Siti” seriyanı davam etdirib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan rekordları açıqlayıb.

“Report”un məlumatına görə, 1:1 hesabı ilə başa çatan “Santyaqo Bernabeu” stadionundakı görüşdə məşqçilər və bəzi futbolçular diqqətçəkən statistik göstəricilərlə yadda qalıblar.

- Bu görüşdə Çempionlar Liqası tarixində ən çox yarımfinala çıxan iki məşqçi Pep Qvardiola (10) və Karlo Ançelotti (9) üz-üzə gəliblər. Onları Joze Mourinyo (8), Aleks Ferqyuson (7) və Lui Van Qal (5) izləyirlər.

- Ançelotti ÇL-də (1992-ci ildən bəri) ən çox oyun keçirən (190) baş məşqçi kimi Aleks Ferqyusonun rekordunu təkrarlayıb.

- “Real Madrid”in hücumçusu Vinisyus Junior qitənin ən nüfuzlu klub turnirində 15-ci qolunu vurub. O, 22 yaş 301 günündə bunu bacarıb. Vinisyus bu göstəriciyə çatan ən gənc üçüncü cənubi amerikalı olub. Onu yalnız komanda yoldaşı və həmyerlisi Rodriqo (22 yaş 99 gün) ilə argentinalı Lionel Messi (21 yaş 288 gün) qabaqlayırlar.

- Vinisyus ÇL-də cərimə meydanı kənarından ilk qolunu vurub. Əvvəlki 14 qolun hamısı cərimə meydanı daxilindən qeydə alınıb.

- Kevin De Bruyne Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə müxtəlif matçlarda iki və daha çox qol vuran 5-ci oyunçudur. Digərləri Covanni Elber (3), David Trezeqe, Alvaro Morata və Jozua Kimmixdir (hamısı 2).

- De Bruynenin ÇL-də vurduğu son 9 qolun hamısı pley-off mərhələsinə təsadüf edib. Belçikalı turnirdəki 14 qolundan yalnız 3-nü qrupda rəqib qapısından keçirib.

- “Mançester Siti” 2007-ci ildən bəri avrokubokların yarımfinal matçında əvəzetmədən istifadə etməyən ilk komandadır. Axırıncı dəfə 16 il əvvəl “Mançester Yunayted” “Milan”la görüşdə əvəzləməyə ehtiyac duymayıb.

- “Mançester Siti” bütün turnirlərdəki məğlubiyyətsizlik seriyasını 21 oyuna çatdırıb. Komanda sonuncu dəfə fevralda “Tottenhem”ə uduzub (0:1). “Şəhərlilər” həmin vaxtdan bəri 17 qələbə, 4 heç-heçə ilə yada qalıblar.

Futbol
Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Futbol
Messi Pelenin rekordunu təkrarlayıb

Messi Pelenin rekordunu təkrarlayıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

Futbol
“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək