“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Çexiya ardıcıl ikinci dəfə heç-heçə edib - YENİLƏNİB-3

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Çexiya ardıcıl ikinci dəfə heç-heçə edib - YENİLƏNİB-3

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Azərbaycan millisi ilə qolsuz heç-heçə edən çexiyalılar ənənələrinə sadiq qalıblar. Adıçəkilən komanda bir gün əvvəl Gürcüstana qalib gələn (1:0) Serbiya ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Günün əvvəlki görüşlərində Ukrayna Türkiyəni 3:2, Gürcüstan İtaliyanı 4:2, Qazaxıstan isə CAR-ı 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı keçiriləcək. B qrupunda isə Türkiyə - Fransa matçı olacaq.

15:42

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Qazaxıstan və CAR yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Ukraynanı minimal fərqlə üstələyən Qazaxıstan seçməsi bu dəfə daha böyükhesablı qələbəyə sevinib. I turda Fransaya 0:11 hesabı ilə uduzan Afrika təmsilçisi isə turnirdəki ikinci matçında 1:5 hesabı ilə məğlub olub.

Günün ilk iki görüşündə Ukrayna Türkiyəni 3:2, Gürcüstan isə İtaliyanı 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Türkiyə - Fransa matçı olacaq.

14:26

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan seçməsi bu dəfə meydanı qalib kimi tərk edib. Gürcüstanlılar Nikoloz Koplatadzenin (7, 38) dublu, həmçinin, Giorgi Ekseulidze (32) və İrakli Gvetadzenin (38) qolları sayəsində 4:2 hesablı qələbə qazanıblar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan (9) və Sabino Sole (18) fərqləniblər.

Günün ilk görüşündə B qrupunda Ukrayna yığması Türkiyəni 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Qazaxıstan – CAR və Türkiyə - Fransa görüşləri olacaq.

12:44

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə Ukrayna yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

Beş qolun vurulduğu görüşdə Ukrayna millisi 3:2 hesablı qələbə qazanıb. Ukraynanın heyətində Viktor Aronovski (27-ci dəqiqə), Yuri Adiş (41) və Mikola Kodatski (43) fərqləniblər. Türkiyə millisində isə Esat Karadeniz 29-cu və Erdem Eriş 44-cü dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, bir gün əvvəl Qazaxıstana məğlub olan Ukrayna seçməsi (0:1) turnirdə ilk qalibiyyətini qazanıb.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Qazaxıstan – CAR və Türkiyə - Fransa matçları olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib