“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: CAR yenə böyük hesabla məğlub olub - YENİLƏNİB-2

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: CAR yenə böyük hesabla məğlub olub - YENİLƏNİB-2

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Qazaxıstan və CAR yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Ukraynanı minimal fərqlə üstələyən Qazaxıstan seçməsi bu dəfə daha böyükhesablı qələbəyə sevinib. I turda Fransaya 0:11 hesabı ilə uduzan Afrika təmsilçisi isə turnirdəki ikinci matçında 1:5 hesabı ilə məğlub olub.

Günün ilk iki görüşündə Ukrayna Türkiyəni 3:2, Gürcüstan isə İtaliyanı 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Türkiyə - Fransa matçı olacaq.

14:26

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan seçməsi bu dəfə meydanı qalib kimi tərk edib. Gürcüstanlılar Nikoloz Koplatadzenin (7, 38) dublu, həmçinin, Giorgi Ekseulidze (32) və İrakli Gvetadzenin (38) qolları sayəsində 4:2 hesablı qələbə qazanıblar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan (9) və Sabino Sole (18) fərqləniblər.

Günün ilk görüşündə B qrupunda Ukrayna yığması Türkiyəni 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Qazaxıstan – CAR və Türkiyə - Fransa görüşləri olacaq.

12:44

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə Ukrayna yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

Beş qolun vurulduğu görüşdə Ukrayna millisi 3:2 hesablı qələbə qazanıb. Ukraynanın heyətində Viktor Aronovski (27-ci dəqiqə), Yuri Adiş (41) və Mikola Kodatski (43) fərqləniblər. Türkiyə millisində isə Esat Karadeniz 29-cu və Erdem Eriş 44-cü dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, bir gün əvvəl Qazaxıstana məğlub olan Ukrayna seçməsi (0:1) turnirdə ilk qalibiyyətini qazanıb.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Qazaxıstan – CAR və Türkiyə - Fransa matçları olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.

Futbol
Barış Şimşek azərbaycanlı hakimlərə seminar keçir

Barış Şimşek azərbaycanlı hakimlərə seminar keçir

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib