Konfrans Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşib

Konfrans Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşib

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, yarımfinala son vəsiqəni İsveçrə "Bazel"i əldə edib.

Fransadakı cavab oyununda "Nitsa"ya 2:1 hesabı ilə qalib gələn qonaqlar növbəti mərhələyə yüksəliblər.

Yarımfinalda isveçrəlilər İtaliya "Fiorentina"sı ilə üz-üzə gələcək. Bu raundun digər görüşündə İngiltərə "Vest Hem"i  Niderlandın "AZ Alkmaar" komandasını sınağa çəkəcək.

Yarımfinalın ilk oyunları mayın 11-də, cavab qarşılaşmaları isə 18-də olacaq.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:2 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar:
Qaetan Labord, 9 - Jan Kevin Oqyüsten, 86. Qasım Nuhu, 98
İlk oyun - 2:2.

01:02

UEFA Konfrans Liqasında yarımfinalın daha bir iştirakçısı bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, 1/4 finalın cavab oyununda İngiltərədə Belçika "Gent"ini 4:1 hesabı ilə darmadağın edən "Vest Hem" növbəti raunda yüksəlib. Bu komandalar arasında keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Fransada "Nitsa" və İsveçrə "Bazel"i arasında keçirilən görüşdə isə ümumi hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyulub.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

23:00. "Vest Hem" (İngiltərə) - "Gent" (Belçika) - 4:1
Qollar:
Maykl Antonio, 37; 63. Lukas Paketa, 55 (penalti). Deklan Rays, 58 - Uqo Küypers, 26
İlk oyun - 1:1

23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:1 (ƏLAVƏ VAXT)
Qollar:
Qaetan Labord, 9 - Jan Kevin Oqyüsten, 86
İlk oyun - 2:2.

23:34

UEFA Konfrans Liqasında ikinci yarımfinalçı bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, Niderlandın "AZ Alkmaar" klubu növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalın cavab oyununda evdə Belçika "Anderlext"ini qəbul edən komanda əsas vaxtda 2 cavabsız qol vuraraq, ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflərdən heç bir fərqlənə bilmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (4:1) oynayan meydan sahibləri yarımfinala yüksəliblər.

Qeyd edək ki, daha əvvəl İtaliya "Fiorentina"sı növbəti raunda adlayıb.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar:
Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

22:42

UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, 1/4 finalın cavab oyununda "Fiorentina" İtaliyada Polşa "Lex"inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.

Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi - 4:1.

Bu qarşılaşma ilə eyni saatda başlayan "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) görüşündə isə əlavə vaxt oynanılacaq. Buna səbəb ümumi hesabın bərabər olmasıdır.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar:
Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun - 4:1

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar:
Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"