İdman sahəsindəki Azərbaycan QHT-ləri bayrağımızın yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

İdman sahəsindəki Azərbaycan QHT-ləri bayrağımızın yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

İdman sahəsindəki Azərbaycan QHT-ləri Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

APA xəbər verir ki, müraciətdə deyilir:

“Biz - idman sahəsində fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları olaraq Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş vermiş xoşagəlməz hadisəyə beynəlxalq idman ictimaiyyətinin diqqətini cəlb etmək məcburiyyətindəyik. Tədbirin təşkilatçılarından biri Azərbaycan bayrağını yandırıb.

Biz həyatımızı bərabərlik, inklüzivlik və qarşılıqlı hörmətə xüsusi diqqət yetirməklə idmanın ümumbəşəri dəyərlərinin təşviq olunmasına həsr etmişik. İstənilən idman yarışında qalib gəlmək mühüm məsələdir, lakin vacib olan təkcə bu, deyil.

Biz narahatlığımızı və qəzəbimizi ifadə etmək üçün söz tapa bilmirik. Burada söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan Dövlət Bayrağından deyil, bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir.

Bu həftə İrəvana səfər edən idmançılarımız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il ərzində işğal altında saxlayan ölkənin paytaxtına getdiklərini yaxşı bilirdilər. Buna baxmayaraq, Azərbaycan Ermənistanda keçiriləcək çempionatda iştirak etmək qərarına gəldi, çünki biz inanırdıq ki, idmanın əsl ruhu ölkələrimiz arasında gərgin münasibətlərin girovuna çevrilməməlidir. Yarış iştirakçılarının təhlükəsizliyinə zəmanət verən təşkilatçıların çoxsaylı bəyanatları da bizi ruhlandırmışdı.

Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Azərbaycanın sülhü bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən dairələr sülh üçün şans verməməkdə qərarlıdırlar.

Sizi idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə qarşı bizimlə həmrəy olmağa çağırırıq”.

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Döyüş növləri
Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO