FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə Bakı boks mərkəzində gənclər arasında boks üzrə Azərbaycan birinciliyi keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, turnirdə gənclərdən ibarət 58 komandadan 270-ə yaxın idmançı mübarizə aparıb. FHN-in gənclərdən ibarət boks üzrə komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Belə ki, qızlar arasında 54 kq çəki dərəcəsində Mələk Hümbətova, 60 kq çəki dərəcəsində Aysu Dərvişova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Oğlanlar arasında isə 60 kq çəki dərəcəsində Ülvi Mirzəyev 3 döyüş keçirərək çempionatın bürünc medalına yiyələnib. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

Çempionatın qalibləri Serbiyada keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcəklər.

Abşeron Olimpiya kompleksində isə Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə gənc və böyüklər arasında taekvondo üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Çempionatda 74 komanda üzrə 875 idmançı mübarizə aparıb. FHN-in taekvondo üzrə yığma komandasının üzvü, İdman-sağlamlıq klubunun əməkdaşı gizir Elvin Məmmədov +87 kq çəki dərəcəsində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalı təqdim olunub.

Qeyd edilib ki, Elvin Məmmədov taekvondo üzrə Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır.

Bundan başqa, Bakı İdman sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Çempionatda 30-a yaxın komandadan 287 güləşçi öz qüvvəsini sınayıb. Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi altında yüksək nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, 74 kq çəki dərəcəsində İsbər Əkbərli, 125 kq çəki dərəcəsində isə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Camal Abdulov 4 döyüş keçirərək çempionatın bürünc medalına yiyələnməyi bacarıblar. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalı təqdim olunub.

Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılarla görüşərək əldə edilmiş nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Döyüş növləri
Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Döyüş növləri
Avropa birinciliyində rekord vuran Azərbaycan taekvondoçuları Bakıya qayıdıb - FOTOLENT

Avropa birinciliyində rekord vuran Azərbaycan taekvondoçuları Bakıya qayıdıb - FOTOLENT

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Döyüş növləri
Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Döyüş növləri
Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib