Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi

Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi

İngiltərə Premyer Liqasında IX turun ən yaxşı futbolçusu bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bu ada “Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya layiq görülüb.

Belçikalı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 35 faiz səs toplayaraq digər beş namizədi qabaqlayıb.

Laviya komandasının “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəldiyi görüşdə uğurlu çıxışı ilə yadda qalıb. Yarımmüdafiəçi ikili mübarizələrin 78 faizindən qalib ayrılıb.

Qeyd edək ki, Laviya cari mövsüm bu mükafata layiq görülən dördüncü “Çelsi” futbolçusudur. Daha əvvəl Koul Palmer I, Cordan Henderson VI, Pedro Neto isə VII turun ən yaxşısı seçilib.