Antalya toplanışını “Kəpəz” məğlubiyyətsiz, “Şamaxı” qələbəsiz başa vurub

Antalya toplanışını “Kəpəz” məğlubiyyətsiz, “Şamaxı” qələbəsiz başa vurub

Azərbaycan klubları “Kəpəz” və “Şamaxı” Türkiyədəki təlim-məşq toplanışında son yoxlama oyunlarına çıxıblar.

“Report”un məlumatına görə, gəncəlilər Qazaxıstan təmsilçisi “Kaysar”la, şamaxılılar isə Serbiya “Napredak”ı ilə üz-üzə gəliblər.

Antalyadakı ilk iki görüşündə məğlub olmayan “Kəpəz” yenə meydanı qələbə ilə tərk edib. Ahmed Ayzayanın 19 və 50-ci, Mate Kvirkviyanın isə 48-ci dəqiqədə vurduğu qollar sayəsində Premyer Liqa komandası rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Şamaxı” isə son matçında da qələbə qazana bilməyib. “Napredak” son dəqiqələrdə vurduğu yeganə qol sayəsində Azərbaycan klubunu 1:0 hesabı ilə üstələyib.

Bununla “Kəpəz” və “Şamaxı” Antalya toplanışını başa vurublar. Gəncə klubu ilk iki yoxlama görüşündə “MTK Budapeşt”ə (Macarıstan – 1:0) qalib gəlib, “Novi Pazar”la (Serbiya) qolsuz bərabərə qalıb. “Şamaxı” isə birinci sınaq matçında “Kəpəz”in bugünkü rəqibi “Kaysar”la heç-heçə (0:0) edib. “Şamaxı”nın “Botoşani” (Rumıniya) ilə oyunu rəqib 1:0 hesabı ilə öndə olarkən güclü yağış səbəbindən 70-ci dəqiqədə yarımçıq dayandırılıb.

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib

“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib