Çempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-offa yüksəlib - YENİLƏNİB-9

Çempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-offa yüksəlib - YENİLƏNİB-9

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” pley-off-a adlayıb.

“QELEBE.AZ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

21:14

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1

59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

21:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 4:1 hesabı ilə öndədir.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

20:44

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb - 4:1.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

20:35

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda beşinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi bir qədər də artırıb - 4:1.

35-ci dəqiqədə Marko Yankoviç kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

20:32

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda dördüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.

33-cü dəqiqədə Nəriman Axundzadə dəqiq zərbə müəllifi olub.

20:17

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

18-ci dəqiqədə Kadi Borges adını tabloya yazdırıb.

20:15

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

15-ci dəqiqədə qonaqların heyətində Klisman Sake avtoqol müəllifi olub.

20:09

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.

10-cu dəqiqədə Fabris Tamba fərqlənib.

20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçı start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

FOTO: Məhəmməd Ağayev

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
İlin ilk reytinqində “Neftçi” geriləyib, “Qarabağ” mövqeyini qoruyub

İlin ilk reytinqində “Neftçi” geriləyib, “Qarabağ” mövqeyini qoruyub

Futbol
Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Futbol
"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Futbol
"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

Futbol
Xavi Zidanın rekordunu geridə qoyub

Xavi Zidanın rekordunu geridə qoyub