Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ilk rəqibləri bu gün bəlli olacaq

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ilk rəqibləri bu gün bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“QELEBE.AZ” xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə Azərbaycan klubları “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.

Azərbaycan təmsilçilərinin potensial rəqibləri sırasına AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Clara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Bröndbi”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitata” (Rumıniya) və “Beytar” (İsrail) daxildir.

Həmçinin, I təsnifat mərhələsində üz-üzə gələcək “Borats” (Bosniya və Herseqovina) - “Santa Coloma” (Andorra), “Runavik” (Farer adaları) - HIK (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksivik” (Farer Adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Püunik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütünün qalibləri və UEFA Avropa Liqasının I təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hakken” (İsveç) matçlarının məğlubarı da potensial rəqiblər arasında yer alıb.

Bununla yanaşı, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada cütün məğlubunun potensial rəqibi də müəyyənləşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24 və 31-də keçiriləcək.

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Futbol
Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO