Beş oyunluq cəzalandırılan məşqçi: "Hətta Qurban Qurbanov belə hakimlərdən narazılıq edir"

Beş oyunluq cəzalandırılan məşqçi: "Hətta Qurban Qurbanov belə hakimlərdən narazılıq edir"

“Turan Tovuz-2” klubunun məşqçisi Ruslan Məmmədov Əvəzedicilər Liqasının XXXIV turunun “Neftçi-2” ilə matçından sonra AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında qərardan narazılıq edib.

O, hakimlərlə dialoq zamanı təhqirə yol vermədiyini vurğulayıb:

“Oyun zamanı həm məşqçilər, həm də futbolçular gərgin olurlar. Komandamızın 3 üzvünə qırmızı vərəqə verildiyi üçün buna irad bildirdim. Hakim verdiyi qərarlarla oyunun tempini yüksəldə və ya azalda bilir. Ona yaxınlaşıb bəzi epizodlarda vərəqə göstəməyə biləcəyini və bu idarəçiliklə Premyer Liqada işləməyin çətin olduğunu demişəm. Tək mən yox, Azərbaycanda bir çox məşqçilər, hətta ən yaxşı mütəxəssisimiz Qurban Qurbanov belə hakimlərdən narazılıq edir. Bunları mətbuatdan oxuyuruq. Dialoqumuz normal şəkildə bitib. Yəni, nə təhqir etmişəm, nə də artıq söz demişəm. Sonradan öyrəndim ki, qırmızı vərəqə və cəza verilib. Səbəb soruşanda bildirdilər ki, guya paltardəyişmə otağına gedərkən onları təhqir etmişəm”.

O, qərardan apellyasiya şikayəti vermək istədiyini də nəzərə çatdırıb:

“Bununla bağlı rəhbərliyə müraciət etmişəm. Bunu klub həyata keçirməlidir. İstəmərəm ki, 5 oyunluq cəzalanım, həmçinin klub da cərimələnsin. Səhv etsəm, cəriməni öz maaşımdan ödəməyə də razı olardım. Amma heç bir təhqirə yol verməmişəm. Haqqımı tələb etmək istəyirəm”.

Mütəxəssis “Turan Tovuz-2”nin Əvəzedicilər Liqasında çıxışını da dəyərləndirib: 

“Çempionata yaxşı başlamışdıq. Sonradan bəzi əsas futbolçularımıza I Liqadan yaxşı təkliflər oldu. Biz də rəhbərliklə məsləhətləşdik və yaşlı olduqları üçün onların digər klublara getmələrinə imkan yaratdıq. Həm oynasınlar, həm də pul qazansınlar. Qış fasiləsində 7 futbolçu komandadan ayrıldı. Qalsaydılar, bu gün xal fərqi ilə rəqiblərdən öndə olardıq. Gedənlərin əvəzinə aşağı yaş qruplarından uşaqlar dəvət etmişik. Ona görə də komandadan böyük işlər tələb etmək düzgün deyil. Aparıcı futbolçular gedirsə, eniş olmalıdır”.

Qeyd edək ki, Ruslan Məmmədov "Neftçi-2" ilə matçdan sonra hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəza ilə üzləşib. Tovuz klubu buna görə 400 manat cərimələnib.

Futbol
"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
"Bavariya" 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

"Bavariya" 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb