Məşhur baş məşqçi "Qarabağ"ın hücumçusunu "Sevilya"ya keçmək fikrindən daşındırıb

Məşhur baş məşqçi "Qarabağ"ın hücumçusunu "Sevilya"ya keçmək fikrindən daşındırıb

"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.

"Report" xəbər verir ki, bu barədə "Uol.com" nəşri məlumat yayıb.

Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.

"Flamenqo" forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyoya verilə biləcək mümkün maaş isə "Sevilya"nın təklifindən üç dəfə çoxdur. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

"Flamenqo"nun baş məşqçisi Felipe Luis karyerası ərzində İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" kimi tanınmış komandalarının formasını geyinib. O, 2019-cu ildə Braziliya yığması ilə Amerika Kubokunda qızıl medal əldə edib. F.Luis Madrid təmsilçisi ilə iki dəfə Avropa Liqasının, bir dəfə İspaniya La Liqasının, London klubunda isə İngiltərə Premyer Liqasının qalibi olub.

Futbol
Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Futbol
Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

Futbol
Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Futbol
Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Futbol
Messi kubok matçında oynamayacaq

Messi kubok matçında oynamayacaq

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər