Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Lyublyana Universitetinin professoru ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Lyublyana Universitetinin professoru ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə strateji planlama mütəxəssisi, Lyublyana Universitetinin professoru Edvard Kolarla görüşüb.

Federasiyanın mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AAF-ın vitse-prezidenti Firdovsi Umudov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Təhməzovanın iştirak etdiyi görüşdə Azərbaycanda qurulacaq Avropa Ağırlıqqaldırma Akademiyasının inkişaf strategiyası müzakirə edilib.

Kamran Nəbizadə akademiyanın inkişaf strategiyasının hazırlanması zamanı nəzərə alınmalı olan zəruri istiqamətləri diqqətə çatdırıb. O vurğulayıb ki, akademiyanın fəaliyyət və inkişaf strategiyasında bu idman növünün kütləviləşməsi, atletlər və hakimlər üçün beynəlxlaq seminar və məşğələlərin təşkili, sertifikatlaşdırma, eyni zamanda antidopinq sahəsində görüləcək işlər ayrı-ayrılıqda nəzərə alınmalıdır.

Daha sonra sloveniyalı mütəxəssis effektli inkişaf strategiyasının təklif olunmuş istiqamətləri ilə bağlı fikirlərini səsləndirib. O, qısa zamanda strategiyanın ilkin versiyasını AAF-a təqdim edəcəklərini bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, inkifaş strategiyası hazırlandıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim ediləcək.

Futbol
"Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

"Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Futbol
"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
"Qarabağ"ın tarixinə düşən futbolçu klubunu dəyişə bilər

"Qarabağ"ın tarixinə düşən futbolçu klubunu dəyişə bilər

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub