Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

"Keçmişə qayıtmaq istəmir, uğursuz seriya haqqında düşünmürük".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis hazırda yalnız sabahkı matçı fikirləşdiklərini bildirib: "Bütün fikrimiz bu oyundadır. Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə matça köklənək".

O, görüşün mahiyyətini yaxşı dərk etdiklərini söyləyib: "Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".

Qurbanov zədəli futbolçuların durumundan da söz açıb: "Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".

"Frayburq"un artıq liderliyi təmin etməsinə toxunan təcrübəli mütəxəssis deyib ki, komanda lazımi nəticəni əldə edəndə daha rahat oynayır: "Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Görək, hansı heyətlə çıxacaqlar və necə oynayacaqlar".

Baş məşqçinin sözlərinə görə, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandl. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımlz birlikdə rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".

Qurbanov "Frayburq"la qarşılaşmanı 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində Danimarka "Kopenhagen"inə qarşı keçirdikləri matçla müqayisə edib: Əslində bu, mənim üçün elə də asan deyil. İlkləri əldə etmək çox yaxşı hissdir. Ad olaraq Çempionlar Liqasının qrupunda oynamaq daha yaxşı kimi görünsə də, mən bu oyunu ondan zəif saymıram. Həyəcan, təbii ki, həmişə olur. Amma biz artıq müəyyən qədər təcrübəli komandaylq. Sabahkı oyuna tam ciddiyətlə hazırlaşırıq".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
"Qarabağ" komandası 3 rekorda imza atıb

"Qarabağ" komandası 3 rekorda imza atıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Futbol
DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb