Zeyd Döyüş Mərkəzi ilə Azərbaycan MMA və Qrapplinq Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Zeyd Döyüş Mərkəzi ilə Azərbaycan MMA və Qrapplinq Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Zeyd Döyüş Mərkəzi (Zeyd Fight Center-ZFC) ilə Azərbaycan MMA və Qrapplinq Federasiyası (AMMAGF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report"un məlumatına görə, tədbir Bakı İdman Sarayında gerçəkləşib.

İlk olaraq ZFC-nin geniş tərkibdə iclası keçirilib. Toplantıdaqurumun İarə Heyyətinin üzvləri, MMA və digər döyüş növləri üzrə klub rəhbərləri, məşqçilər, idmançılar və media nümayəndələri iştirak ediblər. ZFC-nin prezidenti Vüqar Tağıyev çıxış edərək rəhbərlik etdiyi qurumun məram və məqsədləri barədə qısa məlumat verib.

AMMAGF prezidenti Azad Əsgərov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, ortaya çıxan problemlərdən, ZFC ilə əməkdaşlıq planlarından danışıb. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi ZFC-yə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra ZFC ilə AMMAGF arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki qurum MMA döyüş növünün inkişafı, uşaqların, yeniyetmə və gənclərin idmana cəlb edilməsi, yerli və beynəlxalq yarışların təşkili və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq əsasında fəaliyyət göstərəcəklər.

Anlaşma Memorandumunun imzalanmasından sonra Qazaxıstanın paytaxtı Astanada keçirilən qrapplinq döyüş növü üzrə dünya çempionatında ölkəmizi təmsil edərək yüksək nailiyətlər qazanan idmançılar ZFC-nin rəhbəri Vüqar Tağıyev tərəfindən mükafatlandırılıblar.

Tədbirin davamında perspektiv planlar, yeni təkliflər,ortaya çıxan problemlər müzakirə olunub, iki qurumun rəhbərliyi tərəfindən məşqçilərin və idmançıların sualları cavablandırılıb.

Sonda ZFC-nin 2025-ci il üçün görəcəyi tədbirlər üzrə təqvim planı elan olunub. Vüqar Tağıyevin sözlərinə görə, maya qədər iki yarışın keçirilmesi nəzərdə tutulub. O cümlədən 2025-ci il fevralın 14–16-da ZFC-nin ilk açıq çempionatının keçirilməsi elan edilib. Bu məqsədlə Vüqar Tağıyev tərəfindən təşkilat komitəsi yaradılıb. Komitəyə ZFC-nin 1-ci vitse-prezidenti Y.Hüseynov rəhbər teyin olunub.

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Fərdi
Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb