Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında təqdirəlayiq davranışı ilə diqqət mərkəzinə düşüb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində yer alan 19 yaşlı idmançı 1/4 finalda gürcüstanlı rəqibi Tornike Poladişvili ilə qarşılaşmada qalib gəlib.

Onun yerinə yetirdiyi fənddən sonra Poladişvili ayağında ağrılar hiss edib. Nəticədə həkim rəyindən sonra referi görüşü dayandırmalı olub.

Talıbov yeriyə bilməyən rəqibini çiyninə alaraq, yarış meydanından kənara çıxarıb. Tamaşaçılar onun davranışını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Vüqar Talıbov Avropa çempionatında yarımfinal görüşündən də qalib ayrılaraq, finala yüksəlib. Həlledici qarşılaşmada rəqib ukraynalı İvan Kutenkov olacaq.

Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və həmin il Avropa Kubokunda 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib