Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8

Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

"QELEBE.AZ" un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.

21:49

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər - 3:1.

87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.

21:34

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1.

75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.

21:29

Azərbaycan millisi Bakıda Slovakiyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında azlıqda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, Mahir Emreli 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

21:03

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ" un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

20:47

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

20:38

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib.

Toral Bayramov adını tabloya yazdırıb.

20:16

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rahil Məmmədov avtoqol müəllifi olub.

20:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Futbol
De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

Futbol
“Qəbələ”nin braziliyalı futbolçusu: “Qarabağ”la oyunlar həlledici oldu”

“Qəbələ”nin braziliyalı futbolçusu: “Qarabağ”la oyunlar həlledici oldu”