Azərbaycan cüdoçusu Asiya turnirində qızıl medal qazanıb
Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinin ilk günündə Azərbaycan cüdoçusu qızıl medal qazanıb.
Bu barədə “QELEBE.AZ”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Kişilər arasında -60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-cudochusu-asiya-turnirinde-qizil-medal-qazanib.webp











