Akim Zedadka: “Ən gözəl oyunumuzu oynamaq istəyirik”

Akim Zedadka: “Ən gözəl oyunumuzu oynamaq istəyirik”

UEFA Çempionlar Liqasının III turunda "Sabah" "Borussiya" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə "bayquşlar"ın futbolçusu Akim Zedadka mətbuat konfransında iştirak edib.

"Çətin oyun olacağını bilirik. Bütün matçlarda meydana qələbə qazanmaq üçün çıxırıq. Öz meydanımızda gözəl oyun göstərmək istəyirik. Ailələrimizin, azarkeşlərin qarşısında əlimizdən gələnin ən yaxşısını etməliyik. Amma bilirik ki, hansı komandaya qarşı oynayırıq. Bu, "Borussiya"dır. Ən gözəl oyunumuzu oynamaq və Çempionlar Liqasından həzz almaq istəyirik".