"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

“Formula One Management” 2022-ci il "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qlobal izləyici sayına dair hesabat təqdim edib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "QELEBE.AZ"a verilən məlumata görə, paytaxtdakı yarışın qlobal auditoriyası 60 milyona yaxın olub və bir çox ölkələrdə izləyici sayı ötən illə müqayisədə artıb.

Yaponiya (116 faiz artım), Polşa (76 faiz artım), Kanada (34 faiz artım), Macarıstan (33 faiz artım), ABŞ (21 faiz artım) kimi ölkələr bu sıraya daxildir. Bu il Azərbaycan Qran Prisinin izləyici kütləsi arasında ilk üçlükdə İtaliya, Birləşmiş Krallıq və Niderland yer alıb.

Qran Prini "Formula 1"in rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə 8 milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə 9 faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb. Sosial media ("Facebook", "Instagram", "Twitter", "YouTube") izləyicilərinin sayı isə 116 faiz artmaqla yüksək həddə çatıb.

Bundan əlavə, azarkeşlər arasında aparılan sorğuya əsasən, respondentlərin 74 faizi Azərbaycan Qran Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Fanatların 73 faizi Bakı Şəhər Halqasının F1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib.

Ümumilikdə, respondentlərin 62 faizi Bakı yarışının "Formula 1" təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Fərdi
"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb