AŞF rəsmisi: Azərbaycanın 4 şahmatçısı "Baku Open 2024"də beynəlxalq usta normasını yerinə yetirdi

AŞF rəsmisi: Azərbaycanın 4 şahmatçısı "Baku Open 2024"də beynəlxalq usta normasını yerinə yetirdi

Azərbaycanın 4 şahmatçısı beynəlxalq usta normasını yerinə yetirdi.

Bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) Uşaq və Gənclər Komissiyasının sədri, gənclər və yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Fərid Abbasov “Baku Open 2024”ün yekunları barədə danışarkən deyib.

Mütəxəssis turnirin Azərbaycan şahmatı üçün çox vacib olduğunu vurğulayıb:

“Azərbaycanın 4 şahmatçısı beynəlxalq usta normasını yerinə yetirdi. Yarışda çox güclü şahmatçılar iştirak edirdi. Hazırda dünyanın ən güclü şahmat ölkəsi Hindistan hesab olunur. İkinci və üçüncü yerləri tutanlar da məhz bu ölkədən oldu. Birinci yerdə isə iranlı şahmatçı qərarlaşdı. Son illərdə İranda şahmat çox inkişaf edib. Azərbaycan şahmatçıları üçün bu həm böyük təcrübə, həm də bayram idi”.

AŞF rəsmisi bu cür yarışlarda qalibin əvvəlcədən proqnozlaşdırılmasının çox çətin olduğunu söyləyib:

“Aydın Süleymanlı və Rauf Məmmədov daim liderlər qrupunda idi. Əfsuslar olsun ki, heç biri ilk “üçlüy”ə düşə bilmədi. Halbuki bundan nüfuzlu turnirlərin qalibi olublar. Belə turnirlərin spesifikliyi ondan ibarətdir ki, kimin qələbə qazanacağını öncədən proqnozlaşdırmaq mümkün deyil. “Open” turnirlərdə hər şey gözlənilir. Təsəvvür edin, bu yarışın qalibi heç 2500 əmsala çatmayan İran şahmatçısı Sina Movahed oldu. Şahmat Federasiyasının təşəbbüsü ilə bu turnirdə birinci yeri tutan 8, 10, 12 yaşadək uşaqlar Avropa çempionatında iştirak hüququ qazanırlar. Ötən il qalib gələn Məhəmməd Kazımzadə və Mehriban Əhmədli Avropa çempionu oldular. Bu, turnirin səviyyəsini göstərir”.

Qeyd edək ki, “Baku Open 2024”də kişilərin mübarizəsində iranlı Sina Movahed (İran) çempion tituluna yiyələnib. Azərbaycanın zəka sahiblərindən ən yüksək nəticəyə Vüqar Əsədli imza atıb. O, 6,5 xalla 5-ci olub. Qadınlar arasında isə rusiyalı Polina Şuvalova 6,5 xalla qalib adına yiyələnib. Hesabında 5,5 xal olan Gülnar Məmmədova yarışı 4-ci pillədə bitirib.

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"