Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə Azərbaycanın daha bir neçə idmançısı yarımfinala yüksəlib.

Federasiyadan "Report"a verilən məlumata görə, bununla da yığmanın ümumilikdə 12 üzvü bu mərhələdə iştirak hüququ qazanıb.

Boksçulardan Məsud Yusifzadə (54) 1/4 final çərçivəsində yerli Kaysar Nurəlimbayla qarşılaşıb. Rəqibini məğlub edən idmançı növbəti döyüşündə kambocalı Sukti Novla üz-üzə gələcək.

Tayfur Əliyev (60 kq) Ersendir Muradxanovla (Qazaxıstan) gücünü yoxlayıb. 1/4 finalda qalib gələn Avropa Oyunlarının mükafatçısı finala gedən yolda digər qazaxıstanlı Ruslan Kuzembayevlə münasibətinə aydınlıq gətirəcək.

63,5 kq çəkidə rinqə çıxan Malik Həsənov da 1/4 final mərhələsindəki görüşünü aktivinə yazıb. O, Maqjan Alimov (Qazaxıstan) üzərində qələbə qazanıb. Həsənov yarımfinalda Vasili Samçuku sınağa çəkəcək.

Nəbi İsgəndərov (67 kq) qırğızıstanlı Marlen Emilovu mübarizədən kənarlaşdırıb. Gəncə boksunun yetirməsi final üçün Abılay Smanla (Qazaxıstan) döyüşəcək.

Yığma üzvü Mirşərif Kazımzadənin (75 kq) də 1/4 final döyüşü uğurlu alınıb. Sürağan Erjanı (Qazaxıstan) məğlub edən boksçu yarımfinalda onun komanda yoldaşı Beybaris Sıdınla üz-üzə gələcək.

80 kq çəkidə millinin lideri Murad Allahverdiyev də adını yarımfinala yazdırıb. O, 1/4 finalda yerli Fanibet Samixan üzərində tam üstünlüklə qalib gəlib. Allahverdiyev növbəti qarşılaşmasında Erkebulan Ekimbayla (Qazaxıstan) görüşəcək.

Qeyd edək ki, digər boksçulardan Həsən Məlikov Usmonjon Merzoyevlə (Tacikistan), Tural Sarıyev (hər iksi 48 kq) Jenşi Ulpatovla (Qırğızıstan), Nicat Hüseynov (51 kq) Reyes Romero (Kuba) ilə, Məhəmməd Abdullayev (+92 kq) Məhəmməd Abroridinovla (Tacikistan) qarşılaşacaq. 71 kq çəkidəki Rəşid Həsənovla Sərxan Əliyev qüvvəsini sınayacaq.

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Fərdi
Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib