Azərbaycan cüdoçularının Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam edir
Azərbaycan cüdoçularının Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam edir.
Azərbaycan Cüdo Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, yığma üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Toplanışda qadınlar, böyüklər və gənclərdən ibarət yığmaların 30-dan çox idmançısı iştirak edir.
Hazırlıq prosesi iyulun 6-a qədər davam edəcək. Cüdoçularımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin son mərhələsini Bakıda keçəcəklər.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-cudochularinin-paris-2024-yay-olimpiya-oyunlarina-hazirligi-davam-edir.webp











