Yuri Syomin Berdıyevin "Turan Tovuz"un baş məşqçisi təyin olunmasına münasibət bildirib

Yuri Syomin Berdıyevin "Turan Tovuz"un baş məşqçisi təyin olunmasına münasibət bildirib

Daha əvvəl "Qəbələ"də işləmiş Yuri Syomin türkmənistanlı Kurban Berdıyevin "Turan Tovuz"un baş məşqçisi təyin olunmasına münasibət bildirib.

"QELEBE.AZ" xəbər verir ki, 77 yaşlı mütəxəssis bu barədə "Metaratings" nəşrinə açıqlama verib.

Syomin Berdıyevin böyük təcrübəyə və yüksək keyfiyyətlərə malik məşqçi olduğunu söyləyib: "Lakin Azərbaycanda "Qarabağ"la rəqabət aparmaq çətindir. Onların güclü baş məşqçisi və yaxşı təşkilatlanmış komandası var. Kurban Berdıyev rəqabət apara bilsə, yaxşı olar. Amma klubun beynəlxalq səviyyəyə çıxa biləcəyini bilmirəm. Çünki ciddi komanda olan "Neftçi" də var. Berdıyev hər şeyə nail olub, onun biliyi ilə komanda daha yaxşı oynayacaq".

Qeyd edək ki, 71 yaşlı Kurban Berdıyev 2001-2013, 2017-2019-cu illərdə Rusiyanın "Rubin" komandasına rəhbərlik edib. O, 2014-2016-cı illərdə bu ölkədə "Rostov"da çalışıb. Mütəxəssis "Rubin"lə iki dəfə Rusiya çempionu olub, ölkə kubokuna və iki dəfə Superkuboka sahib çıxıb. "Rostov"la isə Premyer Liqada gümüş mükafat əldə edib. “Qəbələ” 2013/2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub, kubokun finalçısı olub.

Futbol
"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

Futbol
“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib