Azərbaycan atletika millisinin baş məşqçisi: Komanda Özbəkistanda orta səviyyədə çıxış etdi

Azərbaycan atletika millisinin baş məşqçisi: Komanda Özbəkistanda orta səviyyədə çıxış etdi

Komanda Özbəkistanda orta səviyyədə çıxış etdi.

Bunu “Report”a açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov deyib.

O, Özbəkistanda keçirilən Açıq Mərkəzi Asiya çempionatında idmançılarımızın göstərdiyi nəticələri dəyərləndirib: “Özbəkistanda Rüstəm Məmmədovdan medal gözləyirdik. Çünki o, Türkiyədəki çıxış ilə hazırlığının yaxşı səviyyədə olduğunu göstərmişdi. Açığı, Nazim Babayevdən daha yaxşı cəhdlər gözləyirdik. Ola bilər ki, iqlimə uyğunlaşa bilmədi. Onun qarşıda yarışları var. Azərbaycan çempionatı mayın 17-18-də olacaq. Bundan əlavə, Türkiyənin İzmir şəhərində mayın 25-26-da Balkan çempionatı keçiriləcək. İki qadın, beş kişi idmançı olmaqla bu yarışda iştirak edəcəyik. Nazim Avropa çempionatına lisenziya qazanan iki idmançımızdan biridir. Digəri Anna Skidandır. İnşallah, iyunun əvvəlindən başlayacaq yarışda iştirak edəcəklər. Yaxın günlərdə daha hansı idmançılarımızın Avropa çempionatına gedəcəyinə qərar veriləcək”.

H.İbrahimov 18 yaşadək idmançıların Yakutiyada beynəlxalq turnirə qatılacaqlarını deyib: “Bu yarışa 8 qız, eyni sayda oğlan idmançı olmaqla 16 nəfərlik heyətlə qatılacağıq. Bundan əlavə, 18 yaşadək idmançılar arasında Balkan çempionatı da keçiriləcək. Həmçinin 18 yaşadək idmançılar arasında Avropa çempionatına İlahə Quliyeva qatılacaq. Daha sonra Paris-2024 olimpiadasına hazırlaşacağıq. Hazırda idmançılarımızdan yalnız Anna Skidan bu yarışa lisenziya qazanıb. Digər namizədlər Nazim Babayevlə Yekaterina Sarıyevadır. İyunun axırına qədər normativləri yerinə yetirməlidirlər. Bir də reytinqdə ilk “32-liy”ə düşən idmançılar yarışa dəvət alacaqlar”.

Qeyd edək ki, Özbəkistanda üçtəkanla tullanmada Rüstəm Məmmədov yarışın qalibi olub. Nazim Babayev isə uzunluğa tullanmada ikinci yerir tutub.

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub