Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda daha bir çəki üzrə mükafatçılar müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, çəkisi 61 kq-a qədər olan kişilərin mübarizəsində Turan Əliyev qızıl medal qazanıb. O, ümumilikdə 214 kq (100+114) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Toplam 200 kq (90+110) nəticə göstərən Elşan Məmmədov gümüş, 198 kq (90+108) nəticə göstərən Akif Abdullayev isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, daha əvvəl 55 kq-da Amin Osmanov qızıl medal əldə edib.

19:35

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib.

"QELEBE.AZ"un məlumatına görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, toplam 198 kq (88+110) nəticə göstərən Dəniz Cabbarlı gümüş, toplam 165 kq (75+90) nəticə göstərən Orxan İmanov isə bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan Kuboku dekabrın 23-dək davam edəcək.

Fərdi
Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"