Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Azərbaycanın yunan-Roma güləşçisi olan Eldəniz Əzizli ikiqat dünya və ikiqat Avropa çempionudur.

55 kq çəki dərəcəsində çıxış edən idmançı bu il Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında da qalib olub.

Gənclər arasında da ikiqat dünya və Avropa çempionu olan təcrübəli güləşçi "QELEBE.AZ"un suallarını cavablandırıb.

- 2022-ci ili özünüz üçün necə dəyərləndirirsiniz?
- Bu, mənim idman karyeramda uğurlu illərdən biri idi. Növbəti dəfə dünya və Avropa çempionu tituluna sahib çıxdım. Əldə etdiyim digər medalları sıralamaq istəmirəm. Bu, artıq hamıya bəllidir.

- Dörd il əvvəl də həm Avropa, həm də dünya çempionu olmuşdunuz. 2018 yoxsa 2022-ci ildəki titulları qazanmaq çətin olub?
- Düşünürəm ki, 2018-ci ildəki medalları daha çətinliklə əldə etmişdim.

- Bu il Bakıda Dünya Kuboku da baş tutdu. Finalda məğlubiyyətin əsas səbəbi nə idi?
- Məncə, uduzmağımızın əsas səbəblərindən biri İslam Abbasovun (87kq) zədəyə görə yarışa qatılmamasıdır. İnanıram ki, o, turnirdə qatılsaydı, biz rahatlıqla 6:4 hesabı ilə qalib gələrdik. Bir aparıcı idmançımızın olmaması belə nəticəyə gətirib çıxardı.

- Sizcə, Azərbaycan güləşində ağır çəkidəki problemlər nə ilə əlaqədardır?
- Ağır çəkilər həm sərbəstdə, həm də yunan-Roma güləşində daim problemli olub. Bunun səbəbləri çoxdur və nüanslar fərqlidir. Ən böyük səbəb isə genetika ilə bağlıdır. Biz ucaboy olmadığımız üçün ağır çəkidə az güləşçilər yetişir. Bu çəkilərdəki idmançıları əldə saxlamaq da o qədər asan deyil. Çünki onlar ağrıya və acıya aşağı çəkidəkilərdəki kimi dözümlü deyillər.

- İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, 2022-ci ilin idmançısı seçildiniz. Siz bu nominasiyaya kimi layiq görərdiniz?
- Mənimlə bərabər namizədlər siyahısında göstərilən digərləri də bu ada layiqdir. Hamısı ölkəmizin tanınmış və nüfuzlu idmançılarıdır. İllərdir arenalarda öz sözlərini deyiblər və fəxr ediləsi şəxslərdir. Böyük ehtimalla, bu il Avropa və dünya çempionu olduğum üçün jurnalistlər də mənə səs veriblər.

- Yığmanın baş məşqçisi Aleksandr Tarakanov 2019-cu ildən Azərbaycanda işləyir. Qazanılan uğurlarda onun rolu nə qədərdir?
- Onun xətrini həqiqətən çox istəyirəm. Güləş karyeramda fərqli mütəxəssislər görmüşəm. Tarakanov artıq 10-cu baş məşqçidir. Onda olan və başqalarında olmayan xüsusiyyətlər var. Baş məşqçimizdə ağsaqqal imici var, özünü ağsaqqal kimi apara bilir. Biz güləşçilər də ona hörmət edirik və işimizə ciddi yanaşırıq. Tarakanov, Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi altında vahid komanda toplaya bilmişik. Ona görə uğurlar ard-arda gəlir.

- Avropa və dünya çempionatlarında qızıl medallar qazanırsınız. Amma sizi Yay Olimpiya Oyunlarında görmürük. Artıq növbəti olimpiada üçün çəki dəyişməyin vaxtıdırmı?
- Olimpiadalarda olmamağım çəkimlə bağlıdır. Amma Paris-2024-də iştirak etməyə çalışacağam. Hələlik məşqlərə başlamadığım üçün çəki ilə bağlı məşqçilər korpusu ilə tam məsləhətləşməmişik. 2023-cü ilin ilk aylarında bu məsələyə qayıdacağıq.

- Bəzən çəki dəyişmək idmançılara çox çətinlik yaradır. Siz necə düşünürsünüz?
- Bu, hamı üçün böyük çətinlikdir. Amma bunun da öhdəsindən gəlmək olar.

- Paris olimpiadasında qızıl medal qazanaraq Azərbaycan güləşinin və idmanının tarixinə düşmək kimi planın varmı?
- Hər idmançının ən böyük hədəfi, arzusu və istəyi olimpiya çempionu olmaqdır. Yay Olimpiya Oyunları planetdə keçirilən ən mötəbər yarışdır. Mən də olimpiya qızılını və ya medalını titullarımın sırasına daxil etməyi hədəfləyirəm.

- Məhz 2024-cü ildən sonra karyeranızı bitirəcəksiniz?
- Hələlik belə fikrim yoxdur. Özümü yaxşı formada hiss edirəm. Yəqin ki, buna 2024-cü ildən sonra baxmaq olar.

- Karyeranızı bitirdikdən sonra baş məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırırsınız?
- Xeyr. Çünki məşqçilik çətin sənətdir. Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam. Planlarımın arasında baş məşqçi və ya məşqçi kimi çalışmaq yoxdur.

- Yetəri qədər titullarınız var. Onları bir olimpiya çempionluğuna qurban verərdinizmi?
- Xeyr, qurban verməzdim.

Fərdi
Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub