"Borussiya"nın müdafiəçisi Çempionlar Liqasında yeni nailiyyətlərə imza atıb

"Borussiya"nın müdafiəçisi Çempionlar Liqasında yeni nailiyyətlərə imza atıb

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels UEFA Çempionlar Liqasında (ÇL) yeni nailiyyətlərə imza atıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi buna Fransada PSJ-yə qarşı keçirdikləri yarımfinal mərhələsinin cavab matçında fərqlənməklə nail olub.

Hummels (35 yaş, 143 gün) turnirin pley-offunda qol vuran ən yaşlı almaniyalı oyunçudur.

Bundan əlavə, o, ÇL-in yarımfinalında rəqib qapısına yol tapan üçüncü ən yaşlı futbolçu adına da sahib çıxıb. Rekord 2011-ci ildə "Mançester Yunayted"in heyətində "Şalke 04" ilə qarşılaşmada fərqlənən Rayan Giqqzə (37 yaş, 148 gün) məxsusdur. 2023-cü ildə "İnter"in heyətində 37 yaş 54 günündə "Milan"la qarşılaşmada qol vuran Edin Ceko ikinci sıradadır.

Hummels həm də "Borussiya" tarixində bu turnirdə adını tabloya yazdıran ən yaşlı ikinci oyunçu adına da sahib çıxıb. Dortmund təmsilçisində Lukaş Pişçek (35 yaş, 188 gün) 2020-ci ildə "Zenit"lə görüşdə fərqlənib.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda PSJ-yə 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
"Mançester Yunayted"in baş məşqçisi futbolçunu əsas komandadan kənarlaşdırıb

"Mançester Yunayted"in baş məşqçisi futbolçunu əsas komandadan kənarlaşdırıb

Futbol
UEFA-nın klub reytinqində "Qarabağ"ın yeri açıqlanıb

UEFA-nın klub reytinqində "Qarabağ"ın yeri açıqlanıb

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

Futbol
Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib