"Araz-Naxçıvan"dan ayrılan mütəxəssis: Yeni yaradılan komandadan böyük uğurlar istəmək incə məsələdir - MÜSAHİBƏ

"Araz-Naxçıvan"dan ayrılan mütəxəssis: Yeni yaradılan komandadan böyük uğurlar istəmək incə məsələdir - MÜSAHİBƏ

"Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Azər Bağırov "QELEBE.AZ"un suallarını cavablandırıb.

Mütəxəssis Azərbaycan Premyer Liqasında 29 xalla 8-ci pillədə qərarlaşan Naxçıvan təmsilçisindən ayrılmasının səbəblərinə aydınlıq gətirib. O, həmçinin komandanın mövsümün qalan bölümündəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

- İlk olaraq komandadan ayrılmağınızla bağlı danışmağınızı istərdik.
- Çox söz deyə bilmərəm. Sadəcə, bəzi məsələlər ürəyimcə deyildi. Ən əsası da nəticələrin qənaətbəxş olmaması mənə təsir edirdi. Uduzmağı bacarmadığımı, sevmədiyimi həmişə söyləmişəm. Yekunda rəhbərliklə yollarımızı ayırmaq qərarına gəldik.

- Keçmişə baxanda nəyi səhv etdiyinizi düşünürsünüz?
- Hər bir işin xülasəsi olmalıdır və ondan nəticə çıxarmalısan. Premyer Liqada debüt ilim olduğu üçün mənim də bəzi nöqsanlarım var idi. Gələcəkdə bunlardan nəticə çıxarmağa çalışacağıq.

- Komandanın mövsüm ərzində qeyri-sabit çıxış etməsini nə ilə əlaqələndirirsiniz?
- Çempionatda qış fasiləsinə kimi çox yaxşı təsir bağışladıq. "Turan Tovuz"la qarşılaşmada qələbə qazana bilsəydik, 2-3-cü pilləyə qalxa bilərdik. Sadəcə, qış fasiləsində güclənə bilmədik. Çünki iki cəbhədə vuruşmalı idik. Kubok və çempionatda mübarizə üçün istədiyimiz sayda oyunçu yox idi. Bu bizə çətinliklər yaratdı və komanda psixoloji təzyiqə düşdü. Futbolçularımızın çoxunun Premyer Liqa təcrübəsi də az idi.

- Komandada sizin qalmağınızı istəməyən futbolçular olub?
- Bunu hər hansı futbolçu ilə bağlamıram. Çünki həqiqətən onlarla yaxşı münasibətim var idi. Bu məsələ ağlıma belə gəlməz. Belə bir şeyə inanmıram.

- Bəlkə debüt mövsümdə gözləntilər bir az yüksək olub?
- Yeni yaradılan komandadan böyük uğurlar istəmək incə məsələdir. Çünki belə anda uzunmüddətli, perspektivli iş olmur. Ancaq qısamüddətli sıçrayışdır. Bəzi nüanslarda anlaşılmazlıqlar oldu.

- İddialar var ki, sizin qarşınıza avrokubok hədəfi qoyulmuşdu. Bu, nə dərəcə doğrudu?
- Rəhbərlikdən, klubun icraçı direktoru (Eldəniz Yusubov - red.) tərəfindən dəfələrlə bu barədə deyilirdi və gündəmə gətirilirdi. Bu, həqiqətən belədir.

- Komandanın çempionatda yerini qoruyacağı, demək olar ki, dəqiqləşib. Mövsümün sonuna qədər gözləmək olmazdı?
- Bir daha təkrarlamaq istəyirəm. Uduzmağı bacarmıram. Məğlub olmağı sevmədiyim üçün bu addımı atdım. Çünki barışmadığım məsələlər var. O da nəticə ilə bağlıdır. Qərarıma görə təəssüflənmək istəmirəm. Artıq qərar verilib, bu məsələ qapanıb.

- Komanda ilə vidalaşdınız. "Araz Naxçıvan" cari mövsüm nəyə nail ola bilər?
- Proqnoz vermək istəmirəm. Həmişə səhv olur. Sabiq komandam haqqında nəsə demək istəmirəm. İnşallah, hər şey onlar üçün xeyirli olar. "Araz-Naxçıvan"a uğurlar arzulayıram.

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Portuqaliyalı futzalçı Azərbaycan millisinin sabiq kapitanının rekordunu təkrarlayıb

Portuqaliyalı futzalçı Azərbaycan millisinin sabiq kapitanının rekordunu təkrarlayıb

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib