Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finala yüksəliblər - YENİLƏNİB

Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finala yüksəliblər - YENİLƏNİB

Çempionlar Liqasının 1/8 final mərhələsinin Londonun “Arsenal” və “Portu” klubları arasında cavab oyunu başa çatıb.

“Report” xəbər verir ki, görüş Londonda (İngiltərə) “Emirates - Ashburton Grove” stadionunda baş tutub. Oyunu fransalı Klement Turpinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. İki oyunun cəminə (1:1) əsasən, komandaların qol vura bilmədiyi görüş əlavə vaxta kimi davam edib. Penaltilər seriyasında "Arsenal"ın futbolçuları daha güclü olub - 4:2.

41-ci dəqiqədə "Arsenal"ın heyətində belçikalı vinger Leandro Trossard fərqlənib.

Xatırladaq ki, bu mövsümün 1/8 final mərhələsinin ilk oyununda “Portu” doğma meydanda “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu braziliyalı yarımmüdafiəçi Venderson Qaleno vurub.

Qeyd edək ki, daha əvvəl “Barselona” və “Napoli”ni məğlub edərək, 1/4 finala yüksəlib.

02:00

İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” komandalarının qarşılaşdığı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu başa çatıb.

“Report” xəbər verir ki, oyun Barselonadakı “Olympic Lewis Companies” stadionunda baş tutub.

Qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə əsasən"Barselona" "Napoli"yə 4:2 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 15-ci dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopes açıb. 17-ci dəqiqədə "Barselona"nın müdafiəçisi Joau Kanselu komandasının hesabdakı fərqini 2:0-a çatdırıb. 30-cu dəqiqədə "Napoli"nin müdafiəçisi Amir Rrahmani hesabdakı fərqini azaldıb.

84-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski fərqlənib.

Bu qələbə sayəsində Kataloniya klubu Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilib.

Komandalar arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Oyun Neapoldakı “Dieqo Armando Maradona! stadionunda baş tutub. Matçın 60-cı dəqiqəsində Robert Levandovski hesabı açıb. 75-ci dəqiqədə “Napoli”nin hücumçusu Viktor Osimhen hesabı bərabərləşdirib.

Futbol
Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Futbol
Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Futbol
Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Futbol
Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb