İngiltərə Premyer Liqası: Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb

İngiltərə Premyer Liqası: Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, oyunu Endrü Medlinin idarə etdiyi arbitrlər briqadası idarə edib.

Matçın 8-ci dəqiqə Markus Reşford “qırmızı şeytanlar”ı hesabda irəli çıxarsa da, bu, Erik ten Haqın yetirmələrinin oyunda yeganə uğuru olub. Qoldan sonra qonaqlar tamamilə müdafiəyə oturub, bəxtlərini ancaq kəskin olmayan əks-hücumlarda sınayıblar. 56-cı dəqiqədə Fil Foden Rodrinin dəqiq ötürməsindən sonra hesabı bərabərləşdirib. MY-yə təzyiqi artıran ev sahibləri 80-ci dəqiqədə hesabda irəli çıxıblar: Fil Foden dubla imza atıb. Əlavə edilmiş birinci dəqiqədə norveçli Erlinq Holann oyunda son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, çempionatın 27 turundan sonra Qvardiolanın yetirmələrinin 62 xalı var. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “şəhərlilər”i “Liverpul”dan cəmi bir xal ayırır. “Mançester Yunayted” isə bu məğlubiyyətdən sonra 44 xalla 6-cı pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə qazandıran ilk dördlük uğrunda mübarizə aparsa da, növbəti 11 oyunda bunu bacaracağı real görsənmir. “Mançester Yunayted”i ilk dördlükdən 11 xal ayırır.

Növbəti turda “Mançester Siti” sonuncu dəfə liqa çərçivəsində evdə iki il öncə məğlub olmuş “Liverpul”un qonağı olacaq. Tərəflər arasında sonuncu görüş sülhlə yekunlaşıb – 1:1.

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Futbol
Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"

Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"