Bir oyunda penta-trik edən II Liqanın bombardiri: “Burada qol vurmaq asan deyil”

Bir oyunda penta-trik edən II Liqanın bombardiri: “Burada qol vurmaq asan deyil”

“II Liqada qol vurmaq asan deyil”.

Bunu “Report”a açıqlamasında II Liqada çıxış edən “Şahdağ Qusar” komandasının futbolçusu Tural Qurbatov deyib.

“Kürmük Qax”ı səfərdə 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qol vuraraq penta-trikə imza atan 30 yaşlı hücumçu buna görə çox sevindiyini bildirib: “Bir oyunda 5 qol vurmaq asan iş deyil. Mənim üçün xoş haldır. Bir matçda 5 dəfə fərqləndiyim, çempionatda bombardirlər yarışına başçılıq etdiyim üçün çox sevinirəm. Rəqib ikinci hissədə boşluqlar verdi, mən də bunlardan yaxşı istifadə etdim. Demək olar ki, hər epizodu qolla yekunlaşdırdım”.

Azərbaycanın U-19 millisinin sabiq futbolçusu II Liqada birinci dövrədən sonra ikinci pillədə qərarlaşmalarına da münasibət bildirib. Tural Qurbatov hədəflərinin mövsümü zirvədə tamamlamaq olduğunu söyləyib: “Düşünürəm ki, birinci dövrədəki nəticəmiz yaxşıdır. Sadəcə, mövsümün əvvəlində bir neçə xal itirdik. Xal itirməməli olduğumuz görüşlərdə büdrədik. Bu da komandanın yeni formalaşması ilə bağlı idi. Məncə, dövrəni birinci pillədə də başa vurmaq olardı. Oyundan-oyuna daha yaxşı çıxış etməyə başladıq. Xüsusən də dövrənin sonlarında çox qol vurmağa başladıq. İkinci dövrədə daha yaxşı çıxış edərək çempion olmaq istəyirik”.

Qeyd edək ki, hazırda hesabında 30 xal olan “Şahdağ Qusar” lider “Baku Sportinq”dən 4 xal geri qalır. Mövsümün geridə qalan bölümündə 21 dəfə fərqlənən Tural Qurbatov isə ən yaxın izləyicisini 5 qol qabaqlayır.

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Futbol
Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Futbol
Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Futbol
"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

Futbol
Almaniya yığması İspaniyadan kömək istəyib

Almaniya yığması İspaniyadan kömək istəyib

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib