Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

"Əliyar Ağayevin başçılığı ilə hakimlər briqadası Çempionlar Liqası səviyyəsinə uyğun idarəçilik bacarıqları ilə Azərbaycan futbolunu, hakimlik məktəbimizi çox yaxşı səviyyədə təmsil etdilər".

Bunu "Report"a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov FIFA referisi Əliyar Ağayevin Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup oyununa təyinat alması barədə danışarkən deyib.

"Neftçi" klubunun sabiq vitse-prezidenti bildirib ki, Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" komandaları arasındakı görüş 35 yaşlı ədalət təmsilçisinin gələcək karyerasına müsbət təsir edəcəyinə zəmin yaradır: "Əliyarın hakim kimi yetişməsində, püxtələşməsində əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Bu uğurun davamı gəlsin".

Süleymanovun sözlərinə görə, UEFA tərəfindən Əliyar Ağayevə etimadın göstərilməsi futbol ictimaiyyəti, azarkeşlər arasında da müsbət qarşılanıb: "Referinin bu qarşılaşmanı idarə etməsi ölkəmizdə diqqət mərkəzinə düşdü. Hakim idarəçiliyi adına qarşılaşma çox əlverişli idi. Hər iki ölkə klubları tarixən ədalətli oyun prinsipinə üstünlük verirlər. Tribunaları dolduran yerli azarkeşlər çılğınlıqları ilə seçilsələr də, obyektiv yanaşmaları ilə diqqəti cəlb edirlər. Bu amillər, ideal futbol şəraiti hakimlik baxımından mühüm rol oynayır. Alman futbolu öz yerində, danimarkalılar da tarixən dinamik, sürətli oyuna üstünlük verirlər. Qarşılaşma bunu bir daha göstərdi. Əliyar Ağayev matça psixoloji, fiziki olaraq çox yaxşı hazırlaşmışdı, Çempionlar Liqasının qrupunda debütü hiss edilmirdi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə referimiz tempi aşağı salmır, cəsarətlə oyun üstünlüyü prinsipindən dəfələrlə istifadə edirdi. Bu, Əliyarın özünəinamının, matça hazır olmasının göstəricisi idi. Oyunu oxuyurdu, epizodlara yaxın olurdu, göstərilən sarı vərəqələr yerində idi. Futbolçularla ünsiyyəti təqdirəlayiq olmaqla yanaşı, oyunçular da referini meydanda qəbul edirdilər. Əliyar Ağayevin köməkçiləri ilə vizual, sinxron əlaqəsi mükəmmələ yaxın idi. Oyunda referi ilə birgə əsas yük Zeynal Zeynalov yarımeydanına, cinahına düşürdü və 2-3 epizodda yardımçı hakimimiz obyektiv, qətiyyətli qərarlarıyla Əliyara zamanında kömək etdi. Görüş ərzində bəzi xırda məqamlar oldu, bu da təbiidir, istənilən matçda oyunun axarına təsir etməyən belə anlar yaşana bilir".

Beynəlxalq dərəcəli hakim Ağayevin qitənin bir nömrəli klub turnirində qrup görüşünə təyinat almasının gözlənilməz olmadığını vurğulayıb: "Əksinə, bu, müəyyən səbəblərə görə bir qədər gecikdi. Hakimlərimizin avrokubok qruplarına cəlb edilməsi təsadüfi deyil, bunu şərtləndirən səbəblər var. Azərbaycan hakimlik məktəbi Avropa, dünya miqyasında zəngin tarixə malikdir. Son 10 ildə ədalət təmsilçilərimizə yaradılan müstəsna şərait, ən əsası da "Neftçi", "Qəbələ" və son illər "Qarabağ"ın davamlı qrup uğurları referilərimizin də yolunu açdı. UEFA bu tipli məsələlərə xüsusi diqqət yetirir. Mərkəzi Avropa ölkələrindən fərqli Azərbaycan kimi dövlətlərə münasibət daha sərtdir və çətinliklə qapılar açılır. Azərbaycan çempionatında qruplar təcrübəsi olan komandaların oyunlarını idarə edən hakimlərimizə tədricən inam, etibar da artır. Əliyarın Avropa liqasında debütündən, özünü yaxşı tərəfdən göstərdiyindən sonra referimizə daha üst səviyyədə diqqətin ediləcəyi gözlənilirdi. Təəssüf ki, son 4 ildə F.Ştuxlikin biganə, qərəzli münasibəti, bu təyinatı xeyli gecikdirdi. Avstriyalı ölkəmizi tərk edən kimi, Əliyar Ağayevlə paralel digər FİFA referilərimiz Rauf Cabarova və Elçin Məsiyevə ranqlarına uyğun qrup təyinatları qeyd olunanlara əyani sübutdur. Eyni ildə 3 referimizin qrup matçlarına cəlb edilməsi ölkə futbolunda bir ilkdir".

Qeyd edək ki, "Kopenhagen" - "Borussiya" görüşü 1:1 hesabı ilə yekunlaşıb. Ağayev matçda 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.

Futbol
Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Futbol
Dünya və qitə çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Dünya və qitə çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub