Aydın Süleymanlı: “Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram”.

Aydın Süleymanlı: “Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram”.

“Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram”.

Bunu “QELEBE.AZ”un Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında “Vüqar Həşimov Memorial-2023” superturnirinə qatılan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.

Bu gün startı verilən yarışın ilk 3 turunda 3 xal toplayan gənc şahmatçı birinci turda Rauf Məmmədova məğlub olmasının səbəbini izah edib: “Ötən il də bu turnirdə Raufla üç dəfə qarşılaşmışdıq. Onun ikisində bərabərə qalmışdıq, birində isə rəqibim qalib gəlmişdi. Məmmədovla bugünkü görüşün gedişində üstün idim. Ancaq vaxt azlığı problem yaratdı. Rauf da yaxşı oynadı və qalib gəldi”.

18 yaşlı şahmatçı qarşıdakı duellər barədə düşündüyünü söyləyib: “Qarşıdakı 3 turda bugünkündən daha çox xal toplamalıyam. Təkcə həmin turları deyil, ümumiyyətlə, yarışı fikirləşirəm”.

Aydın Süleymanlı Azərbaycanın ən yaxşı şahmatçıları ilə bir turnirdə çıxış etməyin onun üçün xoş hiss olduğunu vurğulayıb: “Onlardan ikisi ilə bu gün qarşılaşdım. Uşaqlıqda oyunlarına baxdığım qrossmeysterlərlə qarşılaşmaq gözəl hissdir. Onların oyun üslubları daha çox inkişaf edib. Mən hələ o mərhələyə çatmamışam”.

Qeyd edək ki, ilk gündə Rauf Məmmədova məğlub olan Aydın Süleymanlı Teymur Rəcəbovla heç-heçə edib, niderlandlı Yorden Van Forestə qalib gəlib.

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib