Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb.

"QELEBE.AZ"un məlumatına görə, bunlardan biri kikboksçu Telman Süleymanovdur.

Azərbaycan çempionatında gümüş medal qazanmış, "Kobra" klubunu təmsil edən, MMA-da da çıxış edən Süleymanov 4 illik cəzalandırılıb. Onun dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb. Beləliklə, kikboksçu qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd edib. Onun cəzası 28 iyundan hesablanmağa başlayıb.

Şabran rayonunun yetirməsi olan boksçu Cavad Aslanov isə "nümunə toplanması prosedurundan yayınma, imtina və ya nümunəni təqdim etməmək" antidopinq qayda pozuntusuna yol verib. Yanvarda 60 kq çəki dərəcəsində Azərbaycan çempionatında bürünc medal qazanmış Aslanovun 2 illik cəzası 9 avqustdan hesablanır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) cəzalandırdığı daha bir idmançı ağırlıqqaldırandır. Lakin 4 illik cəzalandırılan və cəzası 30 iyundan hesablanmağa başlanan idmançının adı açıqlanmayıb. AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirovun "QELEBE.AZ"a verdiyi məlumata görə, idmançı azyaşlı olduğundan, yeni qaydalar onun adının açıqlanmasını məqbul saymır.

Qeyd edək ki, daha əvvəl güləşçilərdən Zaur Əliyev 4 il, İsmayıl Cabbarlı isə 2 il müddətinə cəzalandırılıb.

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır