Azərbaycan Futzal Federasiyasının rəsmisi: "Bu məsələ bizdən asılı deyil, klub da istəməlidir"

Azərbaycan Futzal Federasiyasının rəsmisi: "Bu məsələ bizdən asılı deyil, klub da istəməlidir"

"Bu məsələ yalnız federasiyadan asılı deyil. Klub da bunu istəməlidir".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov Birinci Liqada çempion olan "Şamaxı" komandasının Yüksək Liqada mübarizə aparmaması ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi idman prinsipinə əməl etmək istədiklərini bildirib: "Əslində, bununla bağlı yarışın əsasnaməsində bənd var. Amma Birinci Liqanın qalibini məcbur edə bilmərik. Əvvəlki çempion "Şamaxı" bu mövsüm, umumiyyətlə, turnirlərdə iştirak etmir".

Məmmədov ötən il olduğu kimi, yenə Yüksək Liqada 6 kollektivin mübarizə aparacağını diqqətə çatdırıb: "Bu dəfə pley-off mərhələsi olmayacaq. Yarış dörd dövrə və 20 turdan ibarətdir. "Yasamal Bakı"nı debütant hesab etmək olar. "Alyans" (Lənkəran) çempionatı tərk etdi. Komandada problemlər var idi, hətta ötən mövsümün sonuna yaxın oyunlara çıxmağa çətinlik çəkirdilər. Digər 5 klub neçə ildir bu turnirdədir. Limitlə bağlı hansısa dəyişiklik yoxdur. Komandalar yenə 7 legionerin adını protokola daxil edə biləcəklər. Görüşlər Bakı İdman Sarayında və "Olimpik Star"da gerçəkləşəcək. Əlbəttə, federasiya da daha çox komandanın iştirak etməsini istəyirdi, amma müraciət olmadı".

Qeyd edək ki, Yüksək Liqada “Neftçi” İK, “Baku Fire”, “Araz-Naxçıvan”, “Yasamal Bakı”, “Record club” və Azərbaycanın U-19 millisi çıxış edəcək. Mövsümə sentyabrın 26-da start veriləcək.

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

Futbol
Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib