Premyer Liqa: “Turan Tovuz”la “Qəbələ” qollu heç-heçə ediblər

Premyer Liqa: “Turan Tovuz”la “Qəbələ” qollu heç-heçə ediblər

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

“QELEBE.AZ”un məlumatına görə, günün ilk matçı Tovuzda keçirilib.

Yerli “Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 56-cı dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya yazdırıblar.

Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza atıb və “status-kvo”nu bərpa edib.

Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla “Turan Tovuz” cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində “Turan Tovuz” xallarının sayını 10-a, “Qəbələ” isə 4-ə çatdırıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Qarabağ” - “Sabah” (19:30) görüşü ilə yekun vurulacaq.

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər