Voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb

Voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb

Bakıda voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb.

"Report"un məlumatına görə, "Level 2" seminarı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutub.

Yerli və xarici mütəxəssislərin, həmçinin, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvlərinin iştirak etdiyi tədbirə türkiyəli Çengiz Akarçeşmə rəhbərlik edib, onun asistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi Nihad Tanrıverdiyev olub.

Seminar nəzəriyyə və təcrübədən ibarət olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirin sonuncu günündə mütəxəssislər nəzəri, ardınca isə praktiki imtahana qatılıblar. Onların hamısı imtahanlardan uğurla keçərək FIVB-nin "Level 2" dərəcəli beynəlxalq sertifikatına layiq görülüblər.

Daha sonra bağlanış mərasimi keçirilib. Tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov, türkiyəli Çengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.

B.Quliyev çıxış edərək məşqçiləri seminarı uğurla başa vurduğu üçün təbrik edib. Bildirib ki, AVF ölkədə voleybolçuların yetişdirilməsi ilə yanaşı, mütəxəssislərin peşəkarlığının artırılmasına da diqqət ayırır. Ümumillikdə voleybolun inkişafı və bu idman növünə marağın yüksəldilməsi istiqamətində belə toplantıların gələcəkdə də təşkil gerçəkləşəcəyi vurğulanıb.

Sonra çıxış edən Ç.Akarçeşmə bu həftənin gərgin və yorucu keçdiyini bildirib. Qeyd edib ki, klub mövsümünün başlanmasına baxmayaraq, həm voleybolçular, həm də mütəxəssislər seminarda iştirak edərək uğurla başa vurublar. Belə vaxtda bu seminarın təşkilinin yüksək səviyyədə həyata keçirildiyi üçün AVF rəhbərliyinə təşəkkürünü bildirib. Federasiyanın bu seminarlarla yanaşı, uşaq voleybolunun inkişafı istiqamətində də ciddi tədbirlər gördüyünü deyən qonaq yaxın gələcəkdə bu işlərin nəticə verəcəyinə inamını bildirib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 3-7 iyulda Bakıda FIVB-nin "Level 1" seminarı baş tutub. Noyabrda isə paytaxtda FIVB "Level 3" beynəlxalq seminarının keçirilməsi nəzərdə tutulur.

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb