Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi qadınlardan ibarət millinin üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi qadınlardan ibarət millinin üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa çempionatında çıxışını başa vuran qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

AVF-dən “Report”a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə qurumun prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyetinin üzvləri, həmçinin yığmanın hazırda Bakıda olan oyunçuları və texniki heyəti iştirak ediblər.

Ş.Bağırov qeyd edib ki, voleybolçular qitə birinciliyində arzulanan nəticəni əldə edə bilməsələr də, sonadək mübarizə aparıblar. O, idmançıların uğurlu çıxış üçün əllərindən gələni etdiklərini vurğulayıb və onlara təşəkkürünü bildirib. Federasiya rəhbəri voleybolçulara ruhdan düşməməyi, bundan sonrakı yarışlara köklənməyi tövsiyə edib.

Ölkədə voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və nəzərdə tutulan planlardan danışan Ş.Bağırov federasiyanın həm qız, həm də oğlan voleybolçuların yetişdirilməsi ilə bağlı işlər gördüyünü əlavə edib: “Artıq bu məqsədlə seleksiya xarakterli tədbirlər həyata keçirilib, düşərgələr təşkil olunub. Həmçinin bölgələrdə voleybola marağın artırılması və uşaqların bu idman növünə cəlb edilməsi üçün regional klublar, mərkəzlər yaradılır”.

Görüşdə bildirilib ki, bəzi oyunçular artıq klub mövsümünə hazırlıq məqsədilə çıxış edəcəkləri komandaların bazasına yollanıblar, bəziləri isə bir müddət sonra klublarına qoşulacaqlar. Federasiya rəhbərliyi həm xarici çempionatlarda, həm də ölkə birinciliyində mübarizə aparacaq voleybolçulara ugurlar arzulayıb.

Daha sonra millinin üzvləri və AVF rəhbərliyi Avropa çempionatındakı çıxışla bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Avropa çempionatının C qrupunda mübarizə aparan Azərbaycan millisi 5 xalla 6 komanda arasında 5-ci yeri tutub və 1/8 finala vəsiqə qazana bilməyib.

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər