Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9

Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub.

Qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə Mateus Saldanya, 57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq "Partizan"ı azlıqda qoyub. Əlavə vaxt qolsuz yekunlaşdığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Serbiya klubu pley-offa yüksəlib.

Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

01:41

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda penaltilər seriyası olacaq.

"Report"un məlumatına görə, qarşılaşmanın əsas və əlavə vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

01:06

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, meydan sahibləri 2:0 hesabı ilə öndədir.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

01:00

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, meydan sahibləri 2:0 hesabı ilə öndədir.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub.

00:20

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, meydan sahibləri fərqi daha da artırıblar.

57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

00:06

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, meydan sahibləri 1:0 hesabı ilə öndədir.

30-cu dəqiqədə Mateus Saldanya fərqlənib.

23:49

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, meydan sahibləri 1:0 hesabı ilə öndədir.

30-cu dəqiqədə Mateus Saldanya fərqlənib.

23:32

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mateus Saldanya fərləqnib.

23:00

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü polşalı Bartoş Frankovski idarə edir. Cütün qalibi pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

21:51

Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Partizan" və "Sabah"ın start heyətləri müəyyənləşib.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

"Partizan": 1. Aleksandar Yovanoviç,2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natxo, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya

Baş məşqçi: İqor Dulyay

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov

Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

Futbol
Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Futbol
Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
"Frayburq" "Qarabağ"la oyundan öncə qələbə qazanaraq liderliyə yüksəlib

"Frayburq" "Qarabağ"la oyundan öncə qələbə qazanaraq liderliyə yüksəlib