Koşiki-do karate üzrə Azərbaycan millisinin baş məşqçisi: "Uğurlu nəticəyə imza atmışıq"

Koşiki-do karate üzrə Azərbaycan millisinin baş məşqçisi: "Uğurlu nəticəyə imza atmışıq"

"Uğurlu nəticəyə imza atmışıq"

"QELEBE.AZ"un məlumatına görə, bunu Yaponiyanın Okinava şəhərindəki beynəlxalq turnirdə medallar qazanmış koşiki-do karate üzrə Azərbaycan millisinin baş məşqçisi Nazim Mövsümzadə Bakıda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis həmin yarışda 15 ölkənin iştirak etdiyini bildirib: "Turnirdə bacarığımızı göstərməyə çalışdıq və komanda hesabında birinci yeri tutduq. Gənclər çox əziyyət çəkmişdilər və yarışda öz sözlərini dedilər. Həmişə çalışmışıq ki, onlar üçün nümunə olaq. Federasiyanın fəxri prezidenti Adnan Əhmədzadəyə və qurumun prezidenti Rafael Bünyatova təşəkkür edirəm. Bizə çox dəstək oldular və hərtərəfli köməklik göstərdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi dəmir yumruq öz fəaliyyətini göstərir. Yaşasın Azərbaycan!"

50 kq çəki dərəcəsində Sevinc Mövsümzadə turnirdə iştiraka şərait yaratdığı üçün federasiya rəhbərliyinə təşəkkür edib: "Avstraliya, Yaponiya və Yeni Zelandiya idmançılarını üstələmişdim. Atam Nazim Mövsümzadə qızıl medal qazananda isə daha çox sevinirdim".

60 kq-da yarışan Kənan İsmayılzadə ilk və final görüşlərinin çətin keçdiyini söyləyib: "Ardıcıl olaraq Avstraliya, Yeni Zelandiya və yenidən Avstraliya təmsilçisinə qalib gəldim. Qızıl medal qazandığım və bayrağımızı dalğalandırdığım üçün sevincliyəm. Birinci beynəlxalq yarışım olduğu üçün çox həyəcanlı idim. Amma yaxşı hazırlaşmışdıq və belə nəticə qazanacağımızı gözləyirdik".

Qeyd edək ki, iyulun 22-23-də keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması kata və kumitedə, eyni zamanda, veteranlar arasında yarışda çıxış edib. Katada 18-19 yaş kateqoriyasında qızlar arasında ikinci dan qara kəmər sahibi Sevinc Mövsümzadə (50 kq), +40 yaş kateqoriyasında veteranlar arasında altıncı dan qara kəmər sahibi, həmçinin, millinin baş məşqçisi Nazim Mövsümzadə qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadə (60 kq) gümüş medal qazanıblar. Hər üç idmançı şəxsi kumitedə də birinci yeri tutub. Azərbaycan yığması turniri ümumilikdə 5 qızıl, 1 gümüş medalla tamamlayıb.

Adıçəkilən idmançılar turnir ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisataka tərəfindən təşkil olunmuş beynəlxalq seminarda da iştirak edərək, müvafiq ustalıq dərəcələrinə layiq görülüb və uyğun sertifikatlarla təltif olunublar.

Fərdi
Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq