Tahir Gözəl: "Bütün Azərbaycan xalqı gözəl futbola tamaşa etdi"

Tahir Gözəl: "Bütün Azərbaycan xalqı gözəl futbola tamaşa etdi"

"Bütün Azərbaycan xalqı gözəl futbola tamaşa etdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner səfərdəki oyunun (2:1) çox ağır keçdiyini bildirib: "Futbolçuların orada necə səylə çalışdığını gördüm. Son dəqiqələrdəki qol olmasaydı, məyus olacaqdım. Bu gün öz meydanımızda idik. Bəhlul Mustafazadənin qolu Avropa futbolu səviyyəsində idi. Bunu yerli oyunçumuzun vurması mənə ayrı zövq verdi. Bu qələbə hamımızı sevindirir. Gözəl motivasiya ilə yolumuza davam edəcəyik".

Klub rəhbəri II təsnifat mərhələsində rəqibləri olan Polşanın "Rakuv" komandası haqqında da danışıb: "Daha əvvəl üç dəfə bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişik və hamısından qalib ayrılmışıq. Artıq Avropada zəif klub yoxdur. Bu qitədə 1000-dən çox komanda var və onların arasında ən yaxşıları bu turnirdə mübarizə aparır. Rəqibimiz güclüdür. Polşa mətbuatı yazır ki, "Qarabağ" kabusu qayıdır. Mən də səfərdəki oyunda olacağam. Bu əzmdə gedərək Bakıya qələbə ilə qayıtmaq niyyətindəyik".

Tahir Gözəl bu gün üçün transfer planlaşdırılmadığını diqqətə çatdırıb: "Kevin Medinanın Türkiyənin "Rizespor" klubuna keçidi baş tutsa, onun yerinə oyunçu ala bilərik. Yerli klubların güclənməsi də bizi sevindirir. Onların qarşısında daha güclü "Qarabağ" var. Avrokubokda bacardığımız qədər irəli getmək istəyirik".

Futbol
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

Futbol
Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb