Azərbaycanın 40 taekvondoçusu Türkiyə açıq çempionatında iştirak edəcək

Azərbaycanın 40 taekvondoçusu Türkiyə açıq çempionatında iştirak edəcək

İyulun 6-da Türkiyənin paytaxtı Ankarada taekvondo üzrə açıq Türkiyə çempionatı start götürəcək.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək G-2 kateqoriyalı yarışda Azərbaycan gənclərin və yeniyetmələrin mübarizəsində qüvvəsini sınayacaq.

Gənclərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov qardaş ölkədə 12 oğlan və 10 qız taekvondoçuya şans verəcək. Yarışda dayanq üzərinə Məhəmməd Həsənli (48 kq), Fuad Məhərləmli, Bahadur Dostuyev, Aydın Süleymanov (hər üçü 51 kq), Ramil Əsədov (55 kq), Vasif Səlimov, Marat Məmmədov (hər ikisi 59 kq), Vüqar Bağırov (63 kq), Rəvan Məmmədov, Yunis Hüseynov (hər ikisi 68 kq), Elcan Əliyev, Hüseyn Xudiyev (hər ikisi 73 kq) Firəngül Abbaszadə, Səlimə Quliyeva (hər ikisi 42 kq), Selcan Ağazadə, Zemfira Həsənzadə (hər ikisi 44 kq), Seyidxanım Məmmədova (46 kq), Banu Quliyeva (49 kq), Səadət Abbasova (55 kq), Nigar Abdullayeva və Nərgiz Kazımova (hər ikisi 59 kq) çıxacaqlar.

Yeniyetmələrdən ibarət komanda çempionatda baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi altında 9 oğlan və 7 qız idmançı ilə çıxış edəcək. Məşqçilər korpusu turnirdə İlknur Alimov (148 sm), Xəzər Həmidov, Nuray Sultanova, Zəhra İsayeva, Leyla Kərimova (hamısı 152 sm), Anar Abdullazadə, İlyas Hətəmli, Novruz Əliyev, Humay Dadaşova, Şəms Əlizadə (hamısı 160 sm), Əliheydər Quliyev (164 sm), Nülufər Borji, Fatimə Həsənova, Narın Həsənova (hər üçü 168 sm), Mətləb Əliyev (172 sm) və Tamerlan Yaqubovu (180 sm) sınayacaq. Həmçinin "Qafqaz" Taekvondo Klubun baş məşqçisi Sənan Həşimovla yetirməsi Aylin Mahmudova (160 sm), "Kövsər" Taekvondo Klubun idmançısı Əminə Məmmədova (164 sm) da medallar uğrunda yarışacaq.

Səfərə yollanan komandalara ümumi rəhbərliyi Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.
Yarışlarda ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Aygül Abdullayeva, Ramal Camalov və Coşqun Nadirov ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, “Taha Akgul Spor Salonu”nda keçiriləcək yarışda 1429 idmançı qüvvəsini sınayacaq.

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb