Avropa Oyunları: Anna Başta uduzub, Səbinə Kərimova 1/8 finala yüksəlib - YENİLƏNİB - 4

Avropa Oyunları: Anna Başta uduzub, Səbinə Kərimova 1/8 finala yüksəlib - YENİLƏNİB - 4

Azərbaycanın qadın sablyaçıları Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşlərinə çıxıblar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Səbinə Kərimova ölkənin digər idmançısı Valeriya Bolşakovaya qalib gələrək 1/8 finala yüksəlib.

Anna Başta isə eyni raundda polşalı Malgorzata Kozaçuka yenilib. Kərimova növbəti raundda macar Renata Katona ilə qarşılaşacaq.

16:51

Azərbaycanın qadın qılıncoynadanı Valeriya Bolşakova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, 1/32 final mərhələsində Almaniya təmsilçisi Julika Funke ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Bolşakova 1/16 finala yüksəlib. O, növbəti raundda Azərbaycanın digər idmançısı Səbinə Kərimova ilə üz-üzə gələcək.

16:00

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib.

Qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.

15:14

Azərbaycan qılıncoynadanı Ruslan Həsənov Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, şpaqa növündə çıxış edən idmançı 1/32 final mərhələsində İsveç təmsilçisi Hadrien Favreyə uduzub - 14:15.

Beləliklə, bu gün yarışa qoşulan üç qılıncoynadanın hər biri medal şansını itirib.

13:25

Azərbaycan qılıncoynadanı Kənan Əliyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/64 final mərhələsində Estoniya təmsilçisi Ruslan Eskova 13:15 hesabı ilə uduzub.

12:54

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.

Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü "64-lüy"ə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün estoniyalı Ruslan Eskovla görüşəcək.

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Fərdi
Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb