ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri - Con Smit və Salli Robertson Bakıya gəlib.

"Report"un məlumatına görə, hazırda məşqçi kimi fəaliyyət göstərən keçmiş idmançılar ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə paytaxta səfər ediblər.

Sərbəst güləş üzrə ikiqat olimpiya və altıqat dünya çempionu olan Con Smit Azərbaycana səfərlərinin idmanla bağlı olduğunu söyləyib:

"Ölkənizin güləşi ilə tanışam. Beynəlxalq arenalarda qazandığınız nailiyyətlərdən xəbərdaram. İdmançılarınız son dünya çempionatında möhtəşəm çıxış etdilər. Azərbaycanın güləş məktəbi daim maraq dairəmizdədir. Buraya həm öyrənməyə, həm də öyrətməyə gəlmişik. Nəzərə alaq ki, ölkənizin 10 milyon əhalisi var. Müqayisə etsək, ABŞ-da bu rəqəm daha böyükdür. Orada imkanlar və qazana biləcəyimiz nailiyyətlər də çoxdur. Biz məktəblər arasında keçirilmiş yarışlarda fərqlənən idmançıları seçirik və onları beynəlxalq yarışlara aparırıq. Mən də qazandıqlarıma görə məşqlərimə borcluyam. Güləşçilərin üzə çıxmasında mütəxəssisin rolu böyükdür".

Dünya çempionatının ikiqat bürünc mükafatçısı Salli Robertson qadınların bu idman növündə bir sıra çətinliklərlə üzləşdiyini söyləyib: "Qızlara imkan tanıdıqda özlərini hər sahədə sübut edə bilirlər. Güləş də bunlardan biridir. Onlara meydanda şans verdikdə nələr edə biləcəklərini hamımız görürük. ABŞ-da da qadın güləşçilər bir sıra çətinliklərlə üzləşirlər. Onları idmana yönləndirməklə təkcə idmançı yox, uğurlu ana, qadın və vətəndaş qazanırıq".

Roberts bu sahədə üzləşdiyi çətinliklərin daha çox meydandan kənarda olduğunu diqqətə çatdırıb: "Özümü müxtəlif idman sahələrində yoxlamışam. Son olaraq güləşdə qalmağa qərar verdim. Güləş meydanı hər kəsə bərabər imkan tanıyır. Bu idman növündə mənə dəstək verən mütəxəssislərimə bir daha təşəkkür edirəm".

Oktyabrın 3-dək Azərbaycanda olacaq mütəxəssislər bu müddət ərzində gənc idmançılara və məşqçilərə təlimlər keçəcəklər. Onlar Bakıdan başqa Astara, Gəncə, Lənkəran və Şamaxıda da təlimlərə qatılacaqlar.

Qeyd edək ki, Con Smit 1987 - 1992-ci illərdə ardıcıl 6 dəfə dünya çempionu olub. Veteran güləşçi 1988-ci ildə Seul, 1992-ci ildə isə Barselona olimpiadasında qızıl medal qazanıb. Salli Robert isə 2003 və 2005-ci illərdə dünya çempionatlarında bürünc medala yiyələnib.

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək