“Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib

Bu il iyunun 7-11-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq veloturda dünyanın 16 ölkəsindən 18 komandanın tərkibində 100-dən çox idmançı şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaqlar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyənin “Sakarya BB Pro Team”, Niderlandın “Universe Cycling Team”, Qazaxıstanın “Vino SKO Team” və “Almaty Astana Motors”, Almaniyanın “Team Storck - Metropol Cycling” və “Saris Rouvy Sauerland Team”, Monqolustanın “Ferei Mongolia Team”, Misirin “Suez Canal Discovery”, Filippinin “NSJBI Victoria Sports Cycling Team”, Belçikanın “Bataia Brigade”, Çinin “China Glory Cycling Team”, İsveçrənin “CLN Guerciotti Pro Cycling Team”, İtaliyanın “Team Technipes Inemiliaromagna” və Ruandanın “May Stars Cycling” klubları iştirak edəcəklər.

Yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

Nüfuzlu yarışın nəticələrinə əsasən velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq