“Top-5” liqalarda ən az qol buraxan klublar: “Qarabağ” və “Sabah” yalnız “Barselona”dan geri qalırlar

“Top-5” liqalarda ən az qol buraxan klublar: “Qarabağ” və “Sabah” yalnız “Barselona”dan geri qalırlar

Avropanın “Top-5” liqalarında cari mövsüm ən az qol buraxan 10 klub müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, siyahıya İspaniya La Liqasında çempionluğu rəsmiləşdirən “Barselona” başçılıq edir.

Kataloniya klubu geridə qalan 34 matçda qapısında cəmi 13 qol görüb. Bu isə hər görüşdə orta hesabla 0,38 top deməkdir.

Maraqlıdır ki, Azərbaycan Premyer Liqasında çıxış edən iki klub bu baxımdan “böyük beşlik” ölkələrindəki komandalar arasında yalnız “Barselona”dan geri qalır. Bunlar sona iki tur qalmış çempionluğu təmin edən “Qarabağ” və gümüş mükafatçı “Sabah”dır.

Ağdam təmsilçisi 34 görüşdə 22 dəfə, bakılılar isə 33 qarşılaşmada 23 dəfə mərkəzə dəvət ediliblər. “Qarabağ” orta hesabla hər oyunda 0,64, “Sabah” isə 0,69 qol buraxıb.

Tükiyə Super Liqasında ən yaxşı göstəriciyə malik komanda “Qalatasaray”dır. “Sarı-qırmızılılar”ın qapıçısı 32 oyunda 26 dəfə (0,81) topu tordan çıxarmalı olub. “Beşiktaş” isə 32 qarşılaşmada 30 top (0,93) buraxıb. Qardaş ölkə təmsilçilərinin bu göstəriciləri “Top-5” liqanın ilk “10-luğ”unda yalnız son sıralara düşmək üçün yetərlidir.

1. “Barselona” (İspaniya) – 34 oyun / 13 qol (orta hesabla hər oyunda 0,38)

2. “Napoli” (İtaliya) – 35 / 25 (0,71)

3. “Lans” (Fransa) – 35 / 27 (0,77)

4. “Atletiko” (İspaniya) – 34 / 27 (0,79)

5-6. “Yuventus” (İtaliya) – 35 / 28 (0,80)

5-6. “Latsio” (İtaliya) – 35 / 28 (0,80)

7-8. “Mançester Siti” (İngiltərə) – 35 / 31 (0,88)

7-8. “Nyukasl” (İngiltərə) – 35 / 31 (0,88)

9. “Real Sosyedad” (İspaniya) – 34 / 31 (0,91)

10. “Real Madrid” (İspaniya) – 34 / 32 (0,94)

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Futbol
Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

Futbol
"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

Futbol
Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Futbol
"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir