Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ən uzun "quru" seriyaya malik 3 komandadan biridir.

"Report"un məlumatına görə, G qrupunda yer alan Ağdam klubu ardıcıl 3 oyunda qol buraxmayıb.

II turda Bakıda Fransa "Nant"ını 3:0 hesabı ilə darmadağın edən "köhlən atlar" ardınca Yunanıstanda "Olimpiakos"a eyni aqibəti yaşadıb. Azərbaycan çempionunun Pirey təmsilçisi ilə Bakıda keçirilmiş IV tur matçında isə hesab açılmayıb.

"Qarabağ"la eyni qrupda mübarizə aparan Almaniya "Frayburq"u və İspaniya "Real Sosyedad"ı da eyni göstəriciyə malikdir.

Ağdam təmsilçisi turnirdə ən az qol buraxan komandalar sırasında 4-5-ci yerləri bölüşdürür. Komanda 4 oyuna qapısında cəmi 2 top görüb. İlk üç pillədə "Real Sosyedad", İngiltərə "Arsenal"ı və "Frayburq" (hərəyə 1 qol) qərarlaşıb. 4-cü pillədəki Niderland PSV-si və 6-cı yerdəki Almaniyanın "Union" (Berlin) komandası da 2 qol buraxıb.

"Qarabağ"ın hücumçusu Ovusu Kvabena isə çərçivəyə ən çox düşən futbolçuların siyahısında İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Berlin "Union"undan Şeraldo Bekker, Avstriya "Şturm"undan Vilyam Vik və "Frayburq"dan Mixael Qreqoriçlə 2-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, "Qarabağ" 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Futbol
Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”

Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Futbol
Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Pele dəfn olunub

Pele dəfn olunub